Terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib

Türkiyә  Silahlı Qüvvələri tәrәfindәn  Mardin və Hakkaridә  keçirilən hava әmәliyyatı nәticәsindә 11 terrorçu zərərsizləşdirilib.

768451
Terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib

Türkiyә  Silahlı Qüvvələri tәrәfindәn  Mardin və Hakkaridә  keçirilən hava әmәliyyatı nәticәsindә 11 terrorçu zərərsizləşdirilib.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qәrargahından verilәn mәlumatda bildirilib. Mәlumata görә,  Mardinin Dargeçit rayonunda terror aktı törәtmәyә hazırlaşan separatçı terror tәşkilatının üzvlәri müәyyәn edilib.

Keçirilәn hava әmәliyyatı nәticәsindә 8 terrorçunun vә  2 silah-sursat ambarının mәhv edildiyi  bildirilib.

Digәr tәrәfdәn  Hakkaridә separatçı terror tәşkilatına qarşı  keçirilәn hava әmәliyyatında isә 3 terrorçu zәrәrsizlәşdirilib.



Әlaqәli Xәbәrlәr