Binәli Yıldırım Boyko Borisov vә Edi Rami ilә görüşüb
Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresi çərçivəsində bolqarıstanlı həmkarı Boyko Borisovla ikitərəfli görüş keçirib.
768179

Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresi çərçivəsində bolqarıstanlı həmkarı Boyko Borisovla ikitərəfli görüş keçirib.
Bu barədə Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.
Məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Məlumatda baş nazir Binəli Yıldırımın daha sonra Albaniya baş naziri Edi Rama ilə görüşdüyü qeyd olunub.
Qeyd edək ki, görüş 30 dəqiqə davam edib və mətbuat üçün qapalı keçirilib.