"Bu, vətəndaşlarımızın demokratik hüquqlarına müdaxilədir"

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu Toğrul Türkeşin Hollandiya səfərinə maneə törədilməsiylə bağlı qarşı tərəfin şərhinə münasibət bildirib.

766852
"Bu, vətəndaşlarımızın demokratik hüquqlarına müdaxilədir"

  Türkiyə Baş nazirinin müavini Toğrul Türkeşin 15 İyul hadisələrilə bağlı danışmaq üçün Hollandiyaya getmək istəməsini ölkə xoş qarşılamayıb. Açıqlama verən Hollandiya hökuməti “bu ölkəyə bu səfərin qarşısını almaq demokratiyaya verilən əhəmiyyətlə əlaqədardır” deyə bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu isə Toğrul Türkeşin Hollandiya səfərinə maneə törədilməsiylə bağlı qarşı tərəfin şərhinə qarşılıq olaraq deyib: "15 İyul hadisəsinin ildönümüylə bağlı ölkə xaricində, vətəndaşlarımızın çox olduğu bəzi Avropa ölkələrində də xatirə mərasimləri nəzərdə tutulur. Bu tədbirlərin məqsədi xain çevriliş cəhdi qarşısında demokratiyaya sahib çıxılması və bu yolda şəhid və qazi olanları Avropadakı həmyerlilərimizə xatırlamaq, onları unutdurmamaqdır. Hollandiyanın verdiyi bu bəyanat ölkədə demokratiya anlayışının necə olduğunu göstərir."

  Baş nazir müavini Toğrul Türkeş də yazılı şərh verərək reaksiyasını bu sözlərlə bildirib: “Səfərimə göstərilən reaksiya vətəndaşlarımızın demokratik hüquqlarına müdaxilədir". 



Әlaqәli Xәbәrlәr