"Əgər 15 ildir bu yolla getməsəydik..." R.T.Ərdoğan

İstanbulun Tuzla rayonunun Xınalıada korveti dənizə endirmə mərasimində etdiyi çıxışında R.T.Ərdoğan dedi...

763472
"Əgər 15 ildir bu yolla getməsəydik..." R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkə təhlükəsizliyi üçün çox əhəmiyyətli olan layihələrin artırılmağa davam edəcəyini söylədi.

  İstanbulun Tuzla rayonunun Xınalıada korveti dənizə endirmə mərasimində etdiyi çıxışında R.T.Ərdoğan dedi:

  "Döyüş gəmiləri və özəl sektoruyla bağlı tamamlanmış 14 layihəmiz var. Yaxın illərdə müqaviləsi imzalanacaq 10 layihəmiz də hazırdır. Bütün bu inkişaf prosesi ölkəmizə artan təhdidlərə qarşı həllərin əhəmiyyətli ifadəsidir. İnşallah, biz, təyyarə də inşa edəcəyik. Bunda da qərarlıyıq. Heç narahat deyilik.

  2023-cü ildə müdafiə sənayesində xaricə asılılığı tamamilə aradan qaldırmağı hədəfləyən ölkə olaraq addımları daha sürətli atmalıyıq. Hərbi və dənizaltı gəmilər müdafiə sənayesi fəxredici müvəffəqiyyətləri ortaya qoyduğumuz bir sahədir. Türkiyə hal-hazırda öz döyüş gəmisini inşa edən 10 ölkədən biridir.

  Türkiyənin müdafiə sənayesindəki addımlarına maneə törətməyə çalışanlar var. Onlar qarşılarında şəxsən bizi görərlər. Ölkəmiz və millətimiz üçün çalışan, qazanan, iş əhli olan, məhsuldar və səmimi bütün sahibkarlar, firmalar bizim onların yanında olduğumuzu bilməlidir.

  Bir məsələni də xüsusi qeyd etmək istəyirəm: hər hansı bir sahədə, layihələrdə üstünlük öz firmalarımızda olacaq. Bəzən kənardan kömək alsaq da, planlarımızın onurğası mütləq milli imkanlara əsaslanır. Əgər 15 ildir bu metoda riayət etməsəydik, ölkəmizə tətbiq olunan örtülü embarqolara görə terrorla mübarizə və sərhəd xaricindəki əməliyyatları həyata keçirə bilməzdik. Müdafiə sənayesi sahəsində fəaliyyət göstərən firmalarımızın dəstəklənməsi strategiyasını bir daha gözdən keçirəcəyik.”



Әlaqәli Xәbәrlәr