Siirtdә 9 terrorçu mәhv edilib

Türkiyə  Silahlı Qüvvələri tərəfindən Siirtin Pervari bölgəsində terror təşkilatına qarşı keçirilən hava əməliyyatı nəticəsində  9 terrorçu və bir silah-sursat ambarı məhv edilib.

762471

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda bildirilib.

Bu arada Türkiyənin Qaziantep şəhərində terror təşkilatı PKK/KCK-PYD/YPG-yə qarşı  əməliyyat keçirilib.

Qaziantep Valiliyindən verilən məlumata görə, əməliyyat  nəticəsində  8 nәfәr şübhəli şәxs qismindә saxlanılıb, 146 kiloqram partlayıcı maddə ələ keçirilib.

Әlaqәli Xәbәrlәr