Almaniyadan geri addım

Almaniya Hökumət sözçüsü Steffen Seibert, prezident Rəcəb Tayyib Ərdoğanı 7-8 İyulda Hamburqda təşkil ediləcək G20 sammitinin əhəmiyyətli bir qonağı kimi qəbul edəcəklərini  və  bundan məmnuniyyət duyacaqlarını bildirib.

762207
Almaniyadan geri addım

Seibert, Jurnalistlərə verdiyi açıqlamada: “Almaniya, 7-8 İyulda baş tutacaq G20 zirvə toplantısına prezident R.T. Ərdoğanın iştirakını gözləyir. Prezident Ərdoğan Alman hökuməti üçün əhəmiyyətli qonaq hesab edilir. Onun G20 sammitinə qatılması bizi sevindirir.

Qeyd  edək ki, Prezident Ərdoğanın, Hamburda Türk vətəndaşları ilə mitinq təşkil etmə tələbi qarşısında, Almaniya rəsmilərinin verdikləri mənfi bəyanatlara Türkiyə sərt reaksiya vermişdi. Xarici işlər nazirliyi Alman rəsmilərinin ifadələrinin qəbul edilməz olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr