M.Çavuşoğlu Antaliyada keçirilәn bayram proqramında iştirak edib

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu  Әdalәt vә İnkişaf Partiyasının Manavqat rayon şöbәsi tәrәfindәn Ramazan bayramı münasibәtilә təşkil edilən mərasimdə gündәmlә bağlı bәyanatlar verib.

759679

Mövlud Çavuşoğlu körfәz ölkәlәrinin  Qətərlə münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü 13 şərtə  dә münasibət bildirib. Çavuşoğlu bu şәrtlәr sırasında Türkiyәnin bu ölkә  әrazisindәki hәrbi bazasının bağlanması olduğunu xatırladaraq deyib: ‘‘Bu hәrbi bazanın qurulması üçün  Qәtәr vә Türkiyә bir müqavilә imzalamışdı. Bu iki ölkәnin imzaladığı müqavilәdir. Bu sәbәbdәn bu mәsәlәyә hörmәt edilmәlidir. Bu böhranın  Türkiyәnin  Qәtәr әrazisindәki hәrbi bazası ilә heç bir әlaqәsi yoxdur’’ deyә bildirib.

Körfəz regionunun sabitliyi və təhlükəsizliyinin, Türkiyənin də sabitliyi və təhlükəsizliyi mənasına gəldiyini  vurğulayan XİN rәhbәri: ‘‘Oradakı sülh bizi xoşbәxt edәr, böhran isә bizi kәdәrlәndirәr’’ deyib.

Әlaqәli Xәbәrlәr