Binәli Yıldırım Mustafa Akıncı ilә görüşdü

Şimali Kıbrıs Türk Cumhuriyyәtinin prezidenti Mustafa Akıncı  Türkiyәyә sәfәr edib.

758556
Binәli Yıldırım Mustafa Akıncı ilә görüşdü

Şimali Kıbrıs Türk Cumhuriyyәtinin prezidenti Mustafa Akıncı  Türkiyәyә sәfәr edib.

İsveçrәdә iyunun 28-dә  keçirilәcәk Kıbrıs konfransından әvvәl  son vəziyyəti qiymәtlәndirmәk üçün  Türkiyәnin paytaxtı  Ankaraya sәfәr edәn  Mustafa Akıncı baş naziri Binәli Yıldırım ilә  görüşüb.

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib vә tәxminәn bir saat davam edib.

Görüşdə  baş nazirin müavini  Toğrul Türkeş və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak ediblər.

Qeyd edәk ki, Mustafa Akıncı  sabah da İstanbulda  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

 



Әlaqәli Xәbәrlәr