Türkiyəli və qətərli iş adamları Dohada bir araya gəliblər

Türkiyəli və qətərli iş adamları  Qətərin paytaxtı Dohada bir araya gələrək iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrini müzakirə edib.

757408
Türkiyəli  və qətərli iş adamları Dohada bir araya gəliblər

Türk və qətərli iş adamları  Qətərin paytaxtı Dohada bir araya gələrək iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrini müzakirə ediblər.

İclasda Türkiyənin Dohadakı səfiri Fikrət Özər də iştirak edib.

Qətər Türk Birliyinin sədri Atilla Kuruçayırlı bəzi ölkələrin ayın əvvəlində tətbiq etdiyi embarqodan dərhal sonra  Türkiyənin Qətərə ərzaq məhsulları  ixrac etdiyini bildirib.

Atila Kuruçayırlı həmçinin Qətərin 2022-ci ildə  FİFA Dünya Kubokuna ev sahibliyi edəcəyini də xatırladıb.

Qətər Ticarət Mərkəzlərinin  idarə heyətinin Sədri Feyruz Muhyeddin isə Körfəz böhranının başladığı gündən bəri Türkiyədən 450 ton qida  idxal etdiklərini deyib.



Әlaqәli Xәbәrlәr