"Türkiyə xüsusilə qaçqınlar barədə üzərinə düşəni yerinə yetirdi",B.Yıldırım

Baş nazir Binəli Yıldırım Türkiyənin xüsusilə qaçqınlar barədə üzərinə düşəni yerinə yetirdiyini bildirib.

756432
"Türkiyə xüsusilə qaçqınlar barədə üzərinə düşəni yerinə yetirdi",B.Yıldırım
Başbakan Batı Trakya 16.jpg
Başbakan Batı Trakya 18.jpg
Başbakan Batı Trakya 13.jpg

Baş nazir Binəli Yıldırım Türkiyənin xüsusilə qaçqınlar barədə üzərinə düşəni yerinə yetirdiyini bildirib.

Baş nazir Afina və Qərbi Trakyada keçirdiyi görüşlərindən sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.

 Binəli Yıldırım bildirib ki, rəsmi Ankara qaçqınlarla əlaqəli sazişi bəşəri məsələ kimi görür. O insanların dənizdə məhv olmasına göz yuma bilmərik.

Baş nazir qeyd edib ki, biz qaçqınlardan təhdid və silah kimi istifadə etmədik, etməyi də düşünə bilmərik. Amma Türkiyənin də bir gücü var. Onu da Avropa İttifaqı görməlidir.

Başnazir Yıldırım Yunanıstanın Baş naziri Aleksis Çiprasın Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PYD) 15 iyul çevriliş cəhdindən sonra Yunanıstana qaçan çevriliş cəhdində iştirak edən hərbçilərin geri qaytarılmaması ilə bağlı açıqlamalarının səmimi olduğunu deyib.  

Yıldırım Türkiyə ilə Yunanıstan siyasəti ilə əlaqəli qerar vərənlər arasında birbaşa əlaqə saxlanılıb mövcud vəziyyətlərin böhrana çevrilməsinin qarşısını alacaqlarını da söyləyib.



Әlaqәli Xәbәrlәr