Mövlud Çavuşoğlu Yaponiyaya sәfәr edәcәk

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu iyunun 20-22-də yaponiyalı hәmkarı  Fumio Kişidanın dәvәti ilә bu ölkәyә sәfәr edәcәk.

755398
Mövlud Çavuşoğlu Yaponiyaya sәfәr edәcәk

Mövlud Çavuşoğlu sәfәri çәrçivәsindә  yaponiyalı hәmkarı  Fumio Kişida, İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşige Seko və Yaponiya-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək.

Mövlud Çavuşoğlunun  Yaponiya baş naziri  Shinzo Abe tərəfindən  dә qәbul edilәcәyi bildirilir.

Mövlud  Çavuşoğlunun  Sasakawa Sülh Fondunda  "Yaxın Şərqdəki proseslər və Türkiyənin rolu" mövzusunda çıxış etməsi nəzərdə tutulur.

Nazir Mövlud  Çavuşoğlunun Yaponiyada baş tutacaq görüşlərində iki ölkə arasındakı münasibətlər və əlavə əməkdaşlıq imkanları qiymətləndiriləcək, regional və beynəlxalq mövzular әtrafında  fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr