"Ərdoğan bu problemi həll etmək üçün əlindən gələni edir", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İqtisadiyyat naziri Nihat Zeybekci Qətərdə rəsmi səfərdədir.

752891
"Ərdoğan bu problemi həll etmək üçün əlindən gələni edir", M.Çavuşoğlu

  M.Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd Əbdürrəhman Sani, N.Zeybekçi də ölkənin İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd Jassim Sani ilə görüşüb, eyni zamanda, iki ölkənin heyətlərarası görüşləri keçirilib.

  Türkiyənin Xarici İşlər naziri hava limanında etdiyi çıxışında Qətərdə olduğu üçün özünü xoşbəxt hissi etdiyini, iki ölkə arasında əlaqələrin çox yaxşı olduğunu vurğulayaraq deyib: "Qətər qardaş ölkədir və qətərlilər də bizim qardaşlarımızdır. Ölkə başçımız Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim Hamad Sani arasındakı münasibətlər bu qardaşlığa bir nümunədir. İndi böhran yaranıb. Türkiyə olaraq Ərdoğan bu problemi həll etmək üçün əlindən gələni edir. Bu görə bu gün buradayam: həmrəy olduğumuzu göstərmək və bu dövlətlə digər Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında həll yolu tapmaq üçün gəlmişəm. Qətər möhkəm və güclü duruş nümayiş etdirir və hər kəs buna böyük hörmət duyur. Türkiyə doğrunu söyləmək məcburiyyətindədir. Bu, bizim birinə qarşı və ya birinə tərəfdar olduğumuz mənasını vermir. “Bu səhvdir” demək problemi çözmür. Məsələni həll etməliyik. Qardaş ölkələr arasında belə vəziyyəti görmək istəmirik."



Әlaqәli Xәbәrlәr