Ərdoğan: "Ankara qəhrəman şəhər statusunu haqq edib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ankaralıların 15 iyuldakı qanlı dövlət çevrilişi cəhdi zamanı göstərdiyi böyük qəhrəmanlıqdan sonra Ankaranın qəhrəman şəhər statusunu haqq etdiyini bildirdi.

752089
Ərdoğan: "Ankara qəhrəman şəhər statusunu haqq edib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ankaralıların Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı qanlı dövlət çevrilişi cəhdi zamanı göstərdiyi böyük qəhrəmanlıqdan sonra Ankaranın qəhrəman şəhər statusunu haqq etdiyini bildirdi.
 
 Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankara Şəhər Təşkilatı ilə iftar yeməyinə qatıldı.
 
 Dövlət başçısı 15 iyul dövlət çevrilişi cəhdinə qarşı ankaralıların nümayiş etdirdiyi qəhrəmanlıqdan danışaraq:"O gecə Prezident Aparatı bombalandı, Ankara yüzlərlə şəhid verdi, minlərlə qazimiz var. O gecə tankların altına özünü atan millətimlə fəxr edirəm. Bombalardan qorxmayan millətimlə fəxr edirəm. Bir tərəfdə imanlı əziz bir millətim, o biri tərəfdə imanını itirmiş təcavüzkar dəstəsi vardı" dedi.
 
 Ərdoğan o gecə Ankarada 90 mülki vətəndaş, 56 polis, 3 əsgərdən ibarət 149 şəhid olduğunu hüznlə bildirdi, yaralanaraq gazilik şərəfinə nail olan ankaralıların sayının isə 1222 olduğunu söylədi.
 
 Ankara ilə bağlı yeni layihələrdən də bəhs edən prezident şəhərin inkişaf etdirələrək gözəlləşdirələcəyini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr