“Qətər böhranı Səudiyyə Ərəbistanı tərəfindən həll edilə bilər”,İ.Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın Qətər ilə bir sıra ərəb ölkələri arasında yaşanan böhranın Səudiyyə Ərəbistanı tərəfindən həll edilə biləcəyini söyləyib.

752741

İ. Kalın təşkil etdiyi mətbuat konfransında Qətərlə əlaqəli böhranın həllinə dair Türkiyənin də əlindən gələn cəhdi göstərməyə davam edəcəyini bildirərək deyib ki, Qətərlə əlaqədar telefon danışıqları davam edəcək. Bugün Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İqtisadiyyat naziri Nihat Zeybəkçi Qətərə səfər edəcəklər, bəlkə körfəzdə bir neçə ölkəyə də baş çəkəcəklər, hədəfimiz bu problemin müzakirələrlə həllə qovuşması, gərginliyin dərinləşdirilməməsidir.

İbrahim Kalın Səudiyyə Ərəbistanının bölgənin ən önəmli akyorlarından biri kimi bu böhranı həll edə biləcək imkan və qabiliyyətə sahib olduğunu vurğulayıb.

İraq Kürd Regional Rəhbərliyinin müstəqillik referendumu qərarına da toxunan Kalın bildirib ki, ilkin plandaki məqsədimiz müzakirə vasitəsilə bu səhvdən əl çəkilməsidir. Bununla əlaqəli fəaliyyətlərimiz davam edəcək. Onlarla oturub danışmadan bizim sanksiya tətbiq etmə, sərhəd keçid məntəqəsini bağlama kimi bir mövqemizin olması gündəmdə yoxdur.

Әlaqәli Xәbәrlәr