Sağ ələ keçirilən PKK terrorçusunun tük ürpətən etirafları

PKK-nın təşkilata üzv olan gənclərə Suriyada məmurluq vəd etdiyi məlum oldu.

748635
Sağ ələ keçirilən PKK terrorçusunun tük ürpətən etirafları

Türkiyədə, Diyarbəkrdə aparılan əməliyyat zamanı  terror təşkilatı PKK-nın sağ ələ keçirilən üzvü tük ürpətən etiraflar etdi.

PKK-nın təşkilata üzv olan gənclərə Suriyada məmurluq vəd etdiyi məlum oldu.

Terrorçu quru və yalan dolu vədlərə aldanaraq təşkilata qatılanların acı həqiqətlə üzləşdiklərini bildirdi.

Mütəmadi olaraq dağlarda qaldıqlarını və bir neçə dəfə təslim olmaq istədiyini qeyd edən terrorçunun etirafına görə,  təşkilat təslim olmaq istəyənləri onların incidiləcəyi barədə yalan məlumatlarla fikirlərindən daşındırır.

Son llərdə təşkilata yeni üzvlərin cəlb oluna bilinmədiyini bildirən terrorçu xalqın da artıq təşkilata dəstək vermədiyini söylədi.

Təşkilatın maliyyə qaynaqları ilə bağlı aparılan əməliyyatların PKK-ya ciddi zərbə vurduğu da terroçunun ifadələrində yer alır.

PKK-nın insanlara zorla çətənə əkdirdiyi və vergi adı altında xərac topladığı barədə məlumat verən terroçu Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində artıq çətənənin əkilmədiyini söylədi.

PKK-nın universitet gənclərinin də xəyallarını məhv etdiyini bildirən terrorçunun etirafları təşkilatın nə dərəcədə vicdansız olduğunu bir daha sübut etdi.

Yaxalanan terrorçu: "Universitetə qəbul oluq, qürbətə getdik. Ailəmiz bizi oxutmaq üçün nə qədər əziyyət çəkdi. Bunlar bizi aldatdılar, təşkilata qoşulmaq üçün bizdən əl çəkmədilər. Vicdansızdırlar, canidirlər. Məni bu hala onlar saldılar"

 

 

 

 



Әlaqәli Xәbәrlәr