Ərdoğan Qətər gərginliyi ilə bağlı telefon diplomatiyasını davam etdirir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərəbistan yarımadasında Qətərlə bağlı yaşanan gərginliyə həll yolları tapmaq məqsədilə başladığı telefon diplomatiyasını dünən də davam etdirdi.

747142

 Prezident Aparatından verilən məlumata görə, Ərdoğan bu çərçivədə Fransa prezidenti Emmanuel Macron, İndoneziya prezidenti Joko Widodo, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, İordaniya Kralı 2-ci Abdullah, Livan baş naziri Saad Hariri və Malayziya baş naziri Nəcib Tun Əbdürrəzzaq ilə telefon danışıqları aparıb.
 
 Türkiyə prezidenti telefon görüşlərində regiondakı məsələlərin dialoq və diplomatiya yolu ilə həll edilməsinin vacibliyini xatırladıb, Türkiyənin gərginliyin azaldılması üçün hər növ köməyi etməyə hazır olduğunu bildirib.
 
 Prezident Ərdoğan bir gün əvvəl  də bu məsələ ilə bağlı Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Küveyt Əmiri Şeyx Sabah Əl Əhməd Əl Sabah və Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbduləziz Əl Suud ilə görüşmüşdü.

Әlaqәli Xәbәrlәr