Son bir həftədə PKK terror təşkilatına mənsub 48 terrorçu zərərsizləşdirildi

Türkiyədə Təhlükəsizlik Qüvvələri tərəfindən ölkə miqyasında keçirilən əməliyyatlarda PKK terror təşkilatına mənsub 48 terrorçu zərərsizləşdirildi.

746011
Son bir həftədə PKK terror təşkilatına mənsub 48 terrorçu zərərsizləşdirildi

Türkiyədə Təhlükəsizlik Qüvvələri tərəfindən ölkə miqyasında keçirilən əməliyyatlarda PKK terror təşkilatına mənsub 48 terrorçu zərərsizləşdirildi.

Əməliyyatlarda təşkilata köməklik göstərdikləri şübhəsi ilə 278, DEAŞ terror təşkilatı ilə əlaqəsi olduqları iddiası ilə 50, Fətullahçı Terror Təşkilatı /Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə mübarizə çərçivəsində 920, sol meyilli terror təşkilatları ilə mübarizə çərçivəsində isə 25 şübhəli saxlanılıb.

Əməliyyatlarda 30-u ölü, 15 təslim, üçü sağ olmaqla 48 terrorçu zərərsizləşdirilib.

Batman, Diyarbəkir, Hakkiri, Muş, Şırnak və Tuncelidə həyata keçirilən əməliyyatlarda terror təşkilatına mənsub olan quldurların istifadə etdiyi 50 sığınacaq yeri və mağara ilə əl istehsalı olan və minalanmış 19 partlayıcı məhv edilib. Bundan başqa mühüm miqdarda müxtəlif silah-sursat ələ keçirilib.

Terror təşkilatlarının maliyyə mənbələrinə istiqamətli  əməliyyatlarda xeyli miqdarda narkotik maddə, qaçaq siqaret və yanacaq maddə ələ keçirilib.

Nizamsız köçlə mübarizə çərçivəsində 406-sı dənizlərdə olmaqla 2 min 197 nəfər yaxalanıb.

FETÖ/PDY, PKK/TAK, DEAŞ  kimi terror təşkilatları başda olmaqla terror təşkilatlarının təbliğatını aparan, bu təşkilatları tərifləyən, terror təşkilatları ilə  irtibatları olduğunu bəyan edən, xalqı kin, nifrət və düşmənciliyə sövq edən, dövlət xadimlərinə həqarət edənlər, dövlətin vahidliyinə və ictimaiyyətin təhlükəsizliyinə təhdid yaradan, nifrət ifadələri əhatə edən  min 258 sosial şəbəkə hesabı ilə əlaqəli fəaliyyətlər aparılaraq, müəyyənləşdirilən 395 nəfərdən 81-i saxlanılıb.



Әlaqәli Xәbәrlәr