Türkiyə Rusiya ilə birgə döyüş təyyarələri istehsal edəcək
Rusiyanın Dövlət Müdafiə Sənayesi şirkəti "Rostek"in İcraçı direktoru Sergey Çemezov Türkiyə ilə birgə həyata keçirilən S-400 hava müdafiə sistemləri layihəsindən və digər Türkiyə-Rusiya layihələrindən danışdı.
Rusiyanın Dövlət Müdafiə Sənayesi şirkəti "Rostek"in İcraçı direktoru Sergey Çemezov Türkiyə ilə birgə həyata keçirilən S-400 hava müdafiə sistemləri layihəsindən və digər birgə layihələrdən danışdı.
Çemezov S-400 sistemi ilə bağlı birgə layihənin texniki danışıqlarının sona çatdığını bildirdi, hazırda S-400-lərin maliyyələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd etdi.
"Rostek"in icraçı direktoru Rusiya ilə Türkiyə arasında 5-ci nəsil döyüş təyyarəsi istehsalının da müzakirə edildiyinə diqqət çəkdi, bu barədə Türkiyənin lazımi infrastruktura malik olduğunu vurğuladı.
Çemezov Türkiyənin öz təyyarələrinin montajını etdiyini xatırlatdı və:"Bütün bu proseslərin fonunda yeni və müasir bir şeylər istehsal edərik" dedi.
Çemezov S-500 sistemlərilə bağlı olaraq hələ ki, bu sistemlərin Rusiya ordusunun inventarında olmadığınmnı bildirdi, bu mövzuya aid şərh vermək üçün erkən olduğunu qeyd etdi.