İbrahim Kalın: ‘‘Əməkdaşlığa açığıq’’

Prezident Aparatının sözçüsü İbrahim Kalın  Amerika Birləşmiş Ştatlarının  separatçı terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə etdiyi silah yardımı ilə bağlı məlumatları  Türkiyə ilə  bölüşməsini  qiymətləndirib.

744948
İbrahim Kalın: ‘‘Əməkdaşlığa açığıq’’

Prezident Aparatının sözçüsü İbrahim Kalın  Amerika Birləşmiş Ştatlarının separatçı terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə etdiyi silah yardımı ilə bağlı məlumatları  Türkiyə ilə  bölüşməsini  qiymətləndirib.

Bir televiziya kanalına  müsahibə  verәn  İbrahim Kalın ABŞ-ın silah yardımı ilə bağlı qərarını tənqid edib.

‘‘Çərçivəni dövlət başçımız Rəcəb Tayyib Ərdoğan  ABŞ prezidenti Trampla keçirdiyi görüşdə vurğuladı  və qəbul etdikləri qərarın səhv olduğunu ifadə etdi’’ deyə Prezident Aparatının sözçüsü  İbrahim Kalın bildirib.

Suriyadakı Rakka əməliyyatının Azad  Suriya Ordusu ilə həyata keçirilə biləcəyini qeyd edən İbrahim Kalın: "Obama rəhbərliyinə başdan bəri bir terror təşkilatını başqa bir terror təşkilatı ilə məğlub edə bilməyəcəkləri ilə bağlı xəbərdarlıq etdik. Obama rəhbərliyi təəssüf ki, Trumpı YPG-yə silahlı dəstək verməyə razı saldı. Biz ‘‘Rakka əməliyyatında YPG olarsa biz iştirak etməyəcəyik’’ dedik. Suriyanın şimalından Türkiyəyə qarşı bir təhdid hiss edərsək  lazımi addımı atarıq dedik. ABŞ ‘‘Türkiyənin təhlükəsizlik ilə bağlı narahatlıqlarını aradan qaldıran addımları atacağıq’’ dedi. Əməkdaşlığa açığıq. ABŞ ilə işləməyə  davam edəcəyik. ABŞ-ın bu məsələ ilə bağlı səhv addım atdığı aydındır’’ deyə bildirib.



Әlaqәli Xәbәrlәr