“Yaşıl Hava Limanı” (Green Airport) layihəsinə İğdır Hava Limanı da daxil edildi

Türkiyədə Dövlət Hava Limanları İdarəsi Müdirliyinin nəzarətində olan “Yaşıl Müəssisə” sənədli hava limanı sayı 42-yə çatıb.

742285

Mülki Havaçılıq (aviasiya) Müdirliyi tərəfindən başladılan “Yaşıl Hava Limanı” (Green Airport) layihəsinə son olaraq İğdır Hava Limanı da daxil edilib.

Türk Standartları İnstitutu və Mülki Havaçılıq (aviasiya) Müdirliyinin dəyərləndirməsi nəticəsində İğdır Hava Limanına da “Yaşıl Müəssisə ” sənədi təqdim edilib.

Bununla da həmin sənədə sahib hava limanlarının sayı 42 olub.

Yaşıl müəssisə sənədi hava limanlarında fəaliyyət göstərən müəssisələrin ətraf-mühitə və insanların sağlamlıqlarına verdikləri və yaxud da verə biləcəkləri fəsadların sistemli şəkildə azaldılması, mümkün olsa aradan qaldırılması əsaslarına əməl edilməsi şərti ilə təqdim edilir.

Etiketlәr: #hava limanı , #aviasiya

Әlaqәli Xәbәrlәr