“180 günlük hərəkət planı ilə gəlirik”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan millətin qarşısına iyun ayının sonundan başlayacaqları 180 günlük hərəkət planı ilə çıxacaqlarını bildirib.

741719
“180 günlük hərəkət planı ilə gəlirik”, R.T.Ərdoğan

  Həm də Ədalət və İnkişaf Partiyasının sədri olan Ərdoğan AK Partiya Mərkəzində təşkil edilən iftar proqramında Nazirlər Kabinetinin üzvləri, AK Partiya Mərkəzi Qərar və İdarə Heyəti üzvləri, hökumət nümayəndələri və vəkillərlə bir araya gəlib.

  Çıxışı zamanı dövlət başçısı AK Partiyanın yeni heyətlərinin tərkibi haqqında danışaraq deyib: “Orta yaş həddi 47 olan Mərkəzi Qərar və İdarə Heyətinin 16 üzvü 40 və daha aşağı yaşdan seçilib. Millət vəkillərinin orta yaşı isə 52 təyin olunub. Həm heyət, həm də layihələr baxımından daim özümüzü yeniləyərək millətimizin könlündə yerimizi möhkəmləndirməliyik… Bundan sonrakı ilk seçki ili 2019 olacaq. Ona qədər yaxşı nəticə almaq üçün proqram işlənilməli və tətbiq olunmalıdır. İlkin mərhələdə nazirlər tərəfindən 180 günlük bir iş proqramı hazırlanmalıdır. Bu iş eynilə iqtidara gəldiyimiz ilk günlərdəki kimi 100 günlük proqrama bənzər, birbaşa millətimizin gündəlik həyatına toxunan, məsələlərin həllinə istiqamətli, praktik təkliflərdən ibarət, eyni zamanda, bizim bir yol xəritəmiz olmalıdır… Hədəfimiz 2023-dür. Bölgəmizin mərkəzində olan, “qlobal yenidən qurulma” müddətində qarşımıza çıxacaq sınaqları dəf edə bilmək üçün 180 günlük proqram iyun ayının sonundan etibarən başlanacaq."



Әlaqәli Xәbәrlәr