“… Çünki 2023 Türkiyənin dönüş nöqtəsi olacaq”, R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yüksək faizin bir istismar olduğunu söyləyib.

738383
“… Çünki 2023 Türkiyənin dönüş nöqtəsi olacaq”, R.T.Ərdoğan

  Ankarada Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) 73-cü Ümumi Toplantısında danışan Ərdoğan faizlərin aşağı salınması məsələsini həmişə gündəmdə tutduqlarını bildirib.

  İşə götürənlərin məşğulluq çağırışına müsbət cavab verdiklərini qiymətləndirən dövlət başçısı çalışanların sayının 1 milyon 170 minə çatdığını söyləyib.

  Ərdoğan iş adamlarına yerli avtomobil istehsalına yönəlməyi təklif edib. 

  Lider söyləyib: "2023-cü ilə qədər hazır olacaq işlər görürük. İlin sonuna qədər bütün nazirlərimizə “yol xəritənizi 6 aylıq hazırlayıb gətirin” deyəcəyəm. Və bu 6 aylıq yol xəritəsi ilə birlikdə biz 2019-cu ilin hazırlıqlarına başlayacağıq. Çünki 2023 Türkiyənin dönüş nöqtəsi olacaq. 100-cü il Türkiyədə sıçramanın isbat edildiyi bir keçid mərhələsi olacaq. Bununçün hazırlıqlarımızı qətiyyətlə görməliyik."



Әlaqәli Xәbәrlәr