Baş nazir Binəli Yıldırım bugün Gürcüstana  səfər edəcək

Baş nazir Binəli Yıldırım Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti yığıncağında iştirak etmək üçün bugün Gürcüstana  səfər edəcək.

736333

Yığıncaqda 2016-ci il iyulun 19-da Ankarada keçirilən ilk toplantıda qəbul edilən qərarların tətbiqi nəzərdən keçiriləcək, yeni əməkdaşlıq imkanları və regional mövzular haqqında fikir mübadiləsi aparılacaq.

Yığıncaq çərçivəsində ikitərəfli əməkdaşlığı gücləndirəcək sənədlər də imzalanacaq.

Baş nazir Yıldırım iki günlük səfərdə Gürcüstan prezidenti Giorgi Margvelasvili və adı çəkilən ölkədə fəaliyyət aparan Türk iş adamları ilə də görüş keçirəcək.

Әlaqәli Xәbәrlәr