Rus iş adamları Türkiyədən vaz keçmirlər

Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşmağa başlaması ilə Bursa Ticarət və Sənaye Palatası (BTSO) tərəfindən qida və tekstil sektorunda aprel ayından etibarən "alım heyəti" tədbirləri təşkil olunur.

736037
Rus iş adamları Türkiyədən vaz keçmirlər

 Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşmağa başlaması ilə Bursa Ticarət və Sənaye Palatası (BTSO) tərəfindən qida və tekstil sektorunda aprel ayından etibarən "alım heyəti" tədbirləri təşkil olunur.

Tədbirlər çərçivəsində şəhərə gələn 114 rusiyalı iş adamı  müxtəlif səviyyələrdə işgüzar əlaqələrə imza atır.
 
 Rusiyanın Ufa şəhərindən gələn "Mir Textile"  firmasının rəhbəri Kristina Kvaçadze tədbirin olduqca uğurlu təşkil olunduğunu dedi.
 
 İş adamları olaraq Türkiyə və Rusiya arasındakı siyasi münasibətlərin düzəlməsinə görə şad olduqlarını dilə gətirən Kvaçadze: "Bursa parçasının qiyməti münasib, keyfiyyəti yüksəkdir. İki ölkə arasında yaşanan siyasi böhran dövründə də firmalarımız Türkiyə ilə ticarəti davam etdirdilər. Hazırda biz bu tədbirlərdə yeni əməkdaşlıqlara imza atmağı hədəfləyirik"dedi.
 
 Kvaçadze Rusiyada istirahət deyiləndə ilk ağla gələn ölkənin Türkiyə olduğunu söylədi, Türkiyəyə təkcə iş üçün deyil, gözəl vaxt keçirmək üçün də üstünlük verdiklərini qeyd etdi.
 
 Moskvadan gələn Natalya Qriqoryuk da Türk tekstil məhsullarının keyfiyyətinə diqqəti çəkdi və bu sahədə Bursa ilə əməkdaşlıqlarını davam etdirəcəklərini bildirdi.
 
  Qriqoryuk: "Bəzən  iki ölkə arasında siyasi problemlər yaşansa da, Rusiyada Türk malına olan etibar davam edir. Bu səbəbdən buradakı firmalarla əməkdaşlığımızı davam etdirəcəyik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr