Ərdoğan-Trump görüşü xarici mediada

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilə görüşü xarici mətbuatda da işıqlandırıldı.

733638
Ərdoğan-Trump görüşü xarici mediada

     Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilə görüşü xarici mətbuatda da işıqlandırıldı.
 
     CNN liderlərin görüşündən sonra keçirilən mətbuat konfransını son dəqiqə xəbəri olaraq verdi, canlı yayımladı.
 
     "New York Times" qəzeti isə manşetində ABŞ prezidentinin prezident Ərdoğanla keçirdiyi mətbuat konfransındakı açıqlamalarını yazdı.
 
     Qəzet: "Trump terrorla mübarizədə Ərdoğanı müttəfiq olaraq təriflədi" başlığından istifadə etdi.
 
     "New York Time"sın xəbərində: "Prezident Trump Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanı İslam ekstremizminə qarşı mübarizədə etibarlı müttəfiq olaraq təriflədi" ifadəsinə yer verildi.
 
     Al Jazeera isə prezident Ərdoğanın Trump ilə Ağ Evdəki görüşündə ikitərəfli məsələlərin müzakirə olunduğunu bildirdi.
 
      Alman beynəlxalq yayım təşkilatı "Deutsche Welle" Trumpın birgə mətbuat konfransındakı açıqlamalarına vurğu etdi.
 
     "Deutsche Welle" Trumpın ikitərəfli əlaqələrin müsbət istiqamətdə davam etdiyini və gələcəkdə daha da inkişaf edəcəyini söylədiyini bildirdi.
 
     Yunanıstanın qabaqcıl qəzeti "Kathimerini"  Ankara və Washingtonun Orta Şərqin stabilliyini pozmaq istəyən terror təşkilatları ilə mübarizə aparmaq öhdəliklərindən yazdı.
 
 



Әlaqәli Xәbәrlәr