Ərdoğan Çində səfərdədir

Türkiyə dövlət başçısı R.T.Ərdoğan Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak etmək üçün getdiyi Çinin paytaxtı Pekində Yunanıstan Baş naziri Aleksis Çiprası Pakistanın Baş naziri Navaz Şərif və Macaristan Baş naziri Viktor Orbanla görüşüb

731464
Ərdoğan Çində səfərdədir

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak etmək üçün getdiyi Çin Xalq Respublikasının paytaxtı Pekində Yunanıstan Baş naziri Aleksis Çipras, Pakistanın Baş naziri Navaz Şərif və Macaristan Baş naziri Viktor Orbanla ayrı-ayrılqıda görüşüb. 

  R.T.Ərdoğan Çində 14-15 may tarixlərində keçiriləcək Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak edəcək və Çinin dövlət başçısı Şi Cinpinqlə də görüşəcək.

  14 mayda Forumun Ali Dialoq Yığıncağı, 15 mayda isə Dəyirmi Masa Liderlər Toplantısında çıxış edəcək Ərdoğanın ayrı-ayrılıqda da dövlət və hökumət başçılarıyla görüşləri olacaq.  

  Bu Forumda infrastruktur, nəqliyyat, iqtisadi iş birliyi, ticarət, sənaye investisiyaları, enerji qaynaqları, maliyyə dəstəyi, millətlərarası əlaqələr, ətraf mühitin qorunması, dənizçilik və iş birliyi məsələləri müzakirə ediləcək.

  Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres, Dünya Bankı İdarə Heyətinin sədri Kim Yonq Cim və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Laqarde ilə yanaşı 28 ölkənin dövlət və hökumət başçıları, 250-dən çox nazirin iştirakı gözlənilir.



Әlaqәli Xәbәrlәr