Binəli Yıldırım Londonda jurnalistlərin suallarını cavablandırdı

Türkiyənin baş naziri Binəli Yıldırım ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 16-da  Amerika Birləşmiş Ştatlarında prezident Donald Trump ilə keçirəcəyi görüşdə Suriyanın Rakka bölgəsinə yönəlmiş əməliyyatın müzakirə ediləcəyini bildirdi.

731219
Binəli Yıldırım Londonda jurnalistlərin suallarını cavablandırdı

Türkiyənin baş naziri Binəli Yıldırım  səfərdə olduğu İngiltərənin paytaxtı Londonda jurnalistlərin suallarını cavablandırdı.
 
Baş nazir prezident Ərdoğan ilə ABŞ prezidenti Trump arasında gələn həftə keçiriləcək görüşün Rakka əməliyyatı məsələsindəki fikir ayrılığını aradan qaldırmaq üçün bir fürsət olacağını qeyd etdi.
Türkiyə-İngiltərə münasibətlərini də dəyərləndirən Yıldırım:" Brexitdən sonra İngiltərə ilə əməkdaşlığı artırmaq lazımdır. İngiltərənin  Avropa İttifaqından çıxışından sonra İngiltərə ilə azad ticarət müqaviləmiz hazır olacaq və ən yaxın zamanda imzalanacaq" deyə danışdı.
 

 
 



Әlaqәli Xәbәrlәr