Ərdoğan hədəfin Türkiyənin birliyi olduğunu bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqda baş verən vəhşiliyi vurğuladı, bölgədə oynanan oyundaTürkiyənin birliyinin hədəf aldığını söylədi.

727219
Ərdoğan hədəfin Türkiyənin birliyi olduğunu bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqda baş verən vəhşiliyi vurğuladı, bölgədə oynanan oyundaTürkiyənin birliyinin hədəf aldığını söylədi.
 
  Prezident Ərdoğan İstanbulda "Müqəddəs Əmanətlər İşığında" sərgisinin açılışında çıxış edərək: "Əsrlər boyu İslamın və müsəlmanların ən nadir əsərlərinə ev sahibliyi etmiş Suriya və İraq ərazilərində baş verən vəhşilik ürəyimizi parçalayır" dedi.
 
Türkiyənin bu ağrıların qarşısını almaq üçün həm öz sərhədləri boyu, həm də beynəlxalq səviyyədə əllərindən gələn yardımı göstərdiyini qeyd edən Ərdoğan çıxışını belə davam etdirdi:
  "Bölgədə oynanan oyunun bizim birliyimizi, bərabərliyimizi, gələcəyimizi  hədəf aldığını da çox yaxşı bilirik. Amma təəssüf ki, öz içimizdə də bölünməyə cəhd göstərənlər var.  Hər zamankından daha çox birliyə, bərabərliyə, qardaşlığımızı möhkəmləndirməyə ehtiyacımızın olduğu bir dövrdən keçirik, bunu da xüsusilə vurğulamaq istəyirəm".
 
 Prezident Ərdoğan çıxışından sonra "Müqəddəs Əmanətlər İşığında" sərgisində əməyi olanlara təşəkkür mükafatları verdi.
 
 Sərgidə ümumilikdə 40 əsər var.
 
 İstanbul Əyyubda Bahariye Mevlevixanəsindəki sərgi mayın 16-dək açıq olacaq.



Әlaqәli Xәbәrlәr