Binəli Yıldırım:"Moldova iş adamlarının Türkiyədə sərmayə qoya biləcəkləri bir çox sahə vardır"

Türkiyənin baş naziri Binəli Yıldırım Moldovadakı ikinci günkü rəsmi görüşlərinə Türkiyə-Moldova  Biznes Forumundakı iştirakı ilə başladı.

727096
Binəli Yıldırım:"Moldova iş adamlarının Türkiyədə sərmayə qoya biləcəkləri bir çox sahə vardır"

Türkiyənin baş naziri Binəli Yıldırım Moldovadakı ikinci günkü rəsmi görüşlərinə Türkiyə-Moldova  Biznes Forumundakı iştirakı ilə başladı.
 
 Forumda iki ölkə arasındakı ticarət həcminin artırılması üçün investorlara müraciət edən baş nazir Türkiyə ilə Moldova arasında ikitərəfli ticarətin 1 milyard dolların üzərinə çıxarılmasının şişirdilmiş bir rəqəm olmadığını bildirdi və:"Moldovalı iş adamlarının da Türkiyədə sərmayə qoyacaqları bir çox sahə olduğunu düşünürük" dedi.
 
 Baş nazir türkiyəli investorların ölkənin və xüsusilə, paytaxt Kişinyovun simasını dəyişdirən layihələr həyata keçirdiyindən razı qaldığını ifadə edərək: "Alış-veriş mərkəzi, xəstəxana, mehmanxana və digər infrastruktur sərmayələri ilə burada iş adamlarımızın imzasını görmək doğrusu, bizim üçün qürurverici bir haldır" dedi.
 
 Moldova baş naziri Pavel Filip  Moldova və Türkiyə arasında ötən il imzalanan azad ticarət müqaviləsi başda olmaqla, sərmayələrlə bağlı digər müqavilələrin iqtisadi əlaqələri daha da yüksək səviyyəyə qaldıracağını vurğuladı.
 
 Moldovada 8 min nəfərin çalışdığı 7 sərbəst bölgə olduğunu və bu regionlara ümumilikdə 300 milyon dollar sərmayə qoyulduğunu ifadə edən Filip Türkiyə  firmalarının xüsusilə, avtomobil sənayesində bu imkandan istifadə etmək istədiklərini qeyd etdi.
 
Sonra Türkiyənin baş naziri  Moldova Ana və Uşaq Sağlamlığının Qorunması və Elmi-Tədqiqat İnstitutunun Reabilitasiya Şöbəsinin açılışında iştirak etdi.
 
Binəli Yıldırım Moldovanın paytaxtı Kişinyovdan Qaqauziyaya getdi .

 Baş nazir burada Moldova baş naziri Pavel Filip və Qaqauziyanın rəhbəri İrina Vlah ilə üçtərəfli  görüş keçirdi.
 Görüşdən sonra qaqauzların iki ölkə arasında körpü yaratdığını vurğulayan Yıldırım: "Bu körpü daşdan kərpicdən deyil, ətdən, sümükdən və qəlbdən ibarətdir"dedi.

  Baş nazir IV Ümumdünya Qaqauz Konqresində də çıxış etdi.
 

Türkiyənin baş naziri  Komrat Dövlət Universitetinin də qonağı oldu.  Universitetdə Türkologiya Kafedrasının yaradılması üçün imzalar atıldı, Binəli Yıldırıma  fəxri professor adı verildi.



Әlaqәli Xәbәrlәr