Terror tәşkilatı PKK-ya qarşı keçirilәn әmәliyyatlar qәtiyyәtlә davam edir

Türkiyә  Silahlı Qüvvələri  tәrәfindәn  son bir həftə әrzindә terror tәşkilatına qarşı keçirilәn әmәliyyatlar nәticәsindә  78  terrorçu mәhv edilib.

726833

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn açıqlamada bildirilib.

Açıqlamada  terror tәşkilatı  PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatlarla bağlı mәlumat verilib.

Mәlumata görә, әmәliyyatlar nәticәsindә  qeyri-qanuni yollarla  Türkiyәyә keçmәyә cәhd göstәrәn  6 min 647 nәfәr saxlanılıb.

Son bir hәftә әrzindә keçirilәn әmәliyyatlar nәticәsindә bir әsgәrin şәhid olduğu, 21 әsgәrin isә yaralandığı bildirilib.

Suriyanın  şimalında  sərhəd təhlükəsizliyini təmin etmək, terror təşkilatı DEAŞ-ın  təhdid və hücumlarının qarşısını almaq  məqsədilə hәyata keçirilәn hərəkat isә davam edir.

Qeyd edәk ki, Azez-Cerablus arasındakı 243 yaşayış mәntәqәsi Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn dәstәklәnәn  Azad Suriya Ordusunun nәzarәtindәdir.

Bab, Kabbasin və Bzagah rayonlarının minalardan tәmizlәnmәsi üzrә әmәliyyatlar isә davam edir.

Әlaqәli Xәbәrlәr