Binәli Yıldırım Moldovaya rәsmi sәfәr edib

Binәli Yıldırım ötәn gün  Moldovada  Türk iş adamları ilә bir araya gәlib.

726899
Binәli Yıldırım  Moldovaya rәsmi sәfәr edib

Türkiyәnin baş naziri Binәli Yıldırım  Moldovaya rәsmi sәfәr edib.

Binәli Yıldırım ötәn gün  Moldovada  Türk iş adamları ilә bir araya gәlib.

Toplantı bir saat davam edib vә mәtbuat üçün qapalı keçirilib.

Toplantıda  baş nazirin  müavini Toğrul Türkeş, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Əmək və Sosial Təhlükəsizlik naziri Mehmet Müezzinoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci dә iştirak ediblәr.

Moldovada rәsmi mәrasimlә qarşılanan baş nazir Binәli Yıldırım  ilk növbәdә  hәmkarı Pavel Filip ilә tәkbәtәk  görüşüş keçirib. Daha donra heyәtlәr arası  görüş keçirilib.

Müqaviləlәr  imzalandıqdan sonra  tәşkil edilәn bigә  mәtbuat konfransında  baş nazir Binәli Yıldırım  Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  hәyata keçirdiyi çevriliş cәhdindәn sonra  Moldovanın Türkiyәyә verdiyi dәstәyi  yüksәk qiymәtlәndirdiklәrini vurğulayıb.

Moldova baş naziri Pavel Filip  dә öz növbәsindә  ölkәsinin  dövlәt çevrilişi cәhdini dәrhal pislәdiyini bildirib.

Türkiyədə  törәdilәn  digər terror hücumlarını da qınadıqlarını bildirәn Pavel Filip  görüş zamanı  həmçinin təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini deyib.

Mәlumata görә, baş nazir Binәli Yıldırım Moldova prezidenti İqor Dodon vә  Parlament sәdri Andrian  Candu tәrәfindәn dә qәbul edilәcәk. Baş nazir hәmçinin Sosialist Partiyasının sәdri Zinaida Greciani ilә dә bir araya gәlәcәk.



Әlaqәli Xәbәrlәr