Binəli Yıldırım Moldovaya səfər edəcək

Türkiyənin baş naziri Binəli Yıldırım Moldova baş naziri Pavel Filipin dəvəti ilə sabah Moldovaya səfər edəcək.

725909
Binəli Yıldırım Moldovaya səfər edəcək

Türkiyə Nazirlər Kabineti Mətbuat Mərkəzindən verilən məlumata görə, Türkiyənin baş naziri Binəli Yıldırım Moldova baş naziri Pavel Filipin dəvətilə 5-6 may tarixlərində Moldovaya rəsmi səfər edəcək.

Türkiyədən bu ölkəyə baş nazir səviyyəsində ilk dəfə həyata keçiriləcək səfərdə iki ölkə araslnda diplomatik əlaqələrin yaradılmaslnln 25-ci ildönümündə Moldova ilə əməkdaşlıq imkanlarının müzakirəsi və bir sıra sahlərə aid müqavilələrin bağlanması gözlənilir.

Yıldırım Kişinyovda Moldova prezidenti İqor Dodon, baş nazir Pavel Filip, parlament sədri Andrian Candu ilə görüşəcək. Yıldırım moldovalı həmkarı ilə bərabər Türkiyə və Moldova iş çevrələrinin bir araya gələcəyi Türkiyə-Moldova İş Forumuna da qatılacaq.

Türkiyənin baş naziri Moldova ilə Türkiyə araslnda dostluq körpüsü olan Qaqauziyaya gedəcək, IV Ümumdünya Qaqauz Konqresində çıxış edəcək.

Baş nazir Yıldırım səfəri çərçivəsində Türkiyənin Kişinyov Səfirliyinin yeni binasının, Türkiyə qurum və iş adamlarının dəstəyi ilə Moldovadakı bəzi layihələrinin də açılışında iştirak edəcək.

 

 

 



Әlaqәli Xәbәrlәr