R.T.Әrdoğan: ‘‘Terrora qarşı mübarizә qәtiyyәtlә davam edәcәk’’

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  İstanbul Körfəz Konqres Mərkəzində keçirilən TÜMSİAD-ın növbəti baş assambleyanın iclasında iştirak edib.

722948
R.T.Әrdoğan: ‘‘Terrora qarşı mübarizә qәtiyyәtlә davam edәcәk’’

İclasda açılış nitqi ilə çıxış edən dövlət başçısı terrorla mübarizənin həm ölkə daxilində,  həm də xaricində qətiyyətlə davam edəcəyini  vurğulayıb.

Dövlət başçısı çıxışı zamanı təhlükəsizlik qüvvələrinin İraqın Sincar və Suriyanın Karaçok  bölgələrində keçirdiyi hava əməliyyatına toxunub.

O, əməliyyat  nəticəsində təxminən 220 terrorçunun məhv edildiyini vurğulayıb.

Suriyada PKK-nın  qolu PYD-nin mövcudluğuna da diqqət çəkən dövlət başçısı növbənin Münbiçə gələcəyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Rakkanın DEAŞ-dan təmizlənməsi üçün ABŞ ilə əməkdaşlıq edə bilәcəklərini bildirib.

Ədalət və İnkişaf Partiyasına mayın 2-də yeniden üzv olacağını qeyd edən dövlət başçısı mayın 21-də keçiriləcək fövqəladə  qurultayda partiyanın yeni idarəetmə formasının müəyyən olunacağını deyib. 



Әlaqәli Xәbәrlәr