Maltada Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısı keçirildi

Toplantıda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak etdi.

722661
Maltada Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısı keçirildi

Dünən Avropa İttifaqı xarici işlər nazirləri dönəm sədri Maltanın ev sahibliyində bir araya gəldilər.
 
 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu  toplantıda  Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi və komissiya sədrinin müavini Federica Mogherini və Maltanın xarici İşlər naziri George Vellanın dəvəti ilə iştirak etdi.
 
 Nazirlərin gündəmində Türkiyənin  Avropa İttifaqı üzvlük müzakirələri vardı.
 
 İclasda, eyni zamanda, regional və qlobal proseslərə dair fikir mübadiləsi aparıldı.
 
Çavuşoğlu Maltadakı görüşləri çərçivəsində Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Yohannes Hahn ilə də bir araya gəldi.
 
 Türkiyənin xarici işlər nazirinin alman həmkarı Sigmar Qabriel və  Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Frederica Mogherini ilə də görüşü gözlənilir.



Әlaqәli Xәbәrlәr