Ərdoğan:"Türkiyə olaraq doğru bildiyimiz yolda qətiyyətlə irəliləməyə davam edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan referendumun nəticəsinə görə  Avropanın Türkiyə haqqındakı verdiyi qərarları tənqid etdi.

721934
Ərdoğan:"Türkiyə olaraq doğru bildiyimiz yolda qətiyyətlə irəliləməyə davam edəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan Konstitusiya Məhkəməsinin yaradılmasının 55-cu ildönümü münasibətilə verilən ziyafətdə çıxış edərək:
 " Türkiyə demokratik və hüquqi dövlət olduğunu 15 iyulda heç bir şübhəyə yer qalmayacaq şəkildə nümayiş etdirdi. Bunun üçün Avropa İttifaqı başda olmaqla, bəzi qurum və dövlətlərin 16 Aprel referendumunun nəticələrinə görə ölkəmizin demokratiyasını mühakimə etməsinə icazə verə bilmərik" dedi.
 

Türkiyə prezidenti Avropa Şurası Parlament Assambleyasında alınan siyasi monitorinqin bərpası qərarı  ilə bağlı:"Fransa fövqəladə hal şərtlərində seçkiyə gedəndə səs çıxarmayanların  çevriliş cəhdindən sonra eyni üsulu tətbiq edən Türkiyə barəsində monitorinq prosedurunu bərpa etmək qərarı ən yumşaq ifadə ilə desək: "ayıbdır". Tarix ən böyük hakimdir. Bu günlər gəlib keçəcək, amma hər kəsin doğruları və yanlışları bir ibrət dərsi olaraq qalacaqdır. Biz Türkiyə olaraq doğru bildiyimiz yolda qətiyyətlə irəliləməyə davam edəcəyik" dedi.



Әlaqәli Xәbәrlәr