"Millətin qərarını heç bir məhkəmə ləğv  edə bilməz":B.Yıldırım

16 Aprelde Türkiyədə keçirilən referendumda millətin verdiyi qərar, heç bir məhkəmə tərəfindən dəyişdirilə bilmiyəcək. Bunu Baş nazir Binali Yıldırım deyib.

722109
"Millətin qərarını heç bir məhkəmə ləğv  edə bilməz":B.Yıldırım

Baş nazir B. Yıldırım İngilis BBC World kanalına verdiyi müsahibəsində 16 Apreldə baş tutan referendum nəticələrinə etiraz edən cümhuriyyətçi xalq partiyasının Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət cəhdinə dair ünvanlanan suala: “Millətin qəbul etdiyi qərarın ana müxalifət partiyası tərəfindən mənimsənməməsi mənasızdır. Heç bir məhkəmənin millətin iradəsini rəd  etmək səlahiyyəti yoxdur. Bu qərarı Avropa İnsan Haqqları Məhkəməsi, Konstitusiya Məhkəməsi və ya başqa bir məhkəmə dəyişdirəbilməz. Milyonlarla insan tərəfindən qəbul edilən qərarı dəyişdirə biləcək yeganə güc yenə millətdir” deyə vurğulayıb.

Baş nazir, başqa bir suala isə belə cavab verib: Diktatorluğun olduğu bir ölkədə seçki və siyasi partiya olmaz. 50 milyon seçici seçki əntəqəsinə axışmaz. Referendumda müxalif tərəfdə yer alanları da xoşnud edəcək addımlar atacayıq. Prezident üsulu rejim dövründə prezident hər nə qədər uğurlu olarsa olsun ancaq 10 il vəzifə icra edəbiləcək” deyib.

Baş nazirin sözlərinə görə müəyyən edilmiş normlara sadiq qalınmaması halında Avropa İttifaqı, xristian klubuna çevriləcək.



Әlaqәli Xәbәrlәr