" Avropa Şurası Parlament Assambleyasının qərarı tamamilə siyasidir"

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Karaman da öz reaksiyasını göstərərək bildirib ki, tamamilə siyasi səbəblərə görə qəbul edilən bu qərarı pisləyirəm.

720438
" Avropa Şurası Parlament Assambleyasının qərarı tamamilə siyasidir"

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Karaman da öz reaksiyasını göstərərək bildirib ki, tamamilə siyasi səbəblərə görə qəbul edilən bu qərarı pisləyirəm. Terrora dəstək olan bu qərarın Avropa Şurası Parlament Assambleyası adından bir xəcalət sənədi kimi qalacağını ifadə etmək istəyirəm.

Baş nazir Binəli Yıldırım da qərarın artan irqçiliyin kölgəsində qəbul edildiyini və siyasi qərar olduğunu vurğulayıb.

Baş nazir deyib ki, Avropa İttifaqının Türkiyə ilə əlaqəli özündə olan problemləri həll etməsini gözləyirik. İttifaq gələcəklə əlaqəli siyasətini yenidən gözdən keçirməlidir.

Baş nazirin müavini Numan Kurtulmuş da : “Bu, təəssüf ki, irqçi, faşist, Türkiyənin, İslamın əleyhinə olan kampaniyanın nəticəsidir. Tamamilə siyasi qərardır” deyə qeyd edib.  

Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, Avropa Şurası Parlament Assambleyası ilə əlaqələr gözdən keçiriləcəkdir. Qərar strateji düşüncədən məhrum, məntiqsiz bir mövqeyi əks etdirir. Siyasi məqsədlə qəbul edilən qərarı sərt şəkildə qınayırıq.

Qərarın tarixi səhv olduğunu vurğulayan Avropa İttifaqı naziri Ömər Çəlik də: “ədalətli olmayan, haqsız və səhv bir qərardır” deyə bildirib.



Әlaqәli Xәbәrlәr