Atlantik Şurasının yığıncağında qlobal mövzular müzakirəyə çıxarılacaq

Atlantik Şurası iqtisadiyyat, enerji və xarici siyasət sahələrindəki önəmli şəxsiyyətləri 8-ci dəfə İstanbulda bir araya gətirərək dünyanın gündəmini istiqamətləndirəcək.

720908
Atlantik Şurasının yığıncağında qlobal mövzular müzakirəyə çıxarılacaq

Atlantik Şurasının 27-28 apreldə İstanbulda keçiriləcək zirvə yığıncağında  Suriyadan Afrikaya, Qara dənizdən Şərqi Aralıq dənizinə müxtəlif bölgələrdəki  hadisələr ilə iqtisadiyyat, milli təhlükəsizlik, enerji, ticarət və miqrant böhranı kimi dünyanın gündəmində yer tutan mövzular müzakirəyə çıxarılacaq.

Atlantik Şurası iqtisadiyyat, enerji və xarici siyasət sahələrindəki önəmli şəxsiyyətləri 8-ci dəfə İstanbulda bir araya gətirərək dünyanın gündəmini istiqamətləndirəcək.

İki gün davam edəcək Atlantik Şurası İstanbul yığıncağı enerji, iqtisadiyyat və təhlükəsizlik mövzularındakı düşüncə və əməliyyatlara təkan vərmək və artan çətinliklər qarşısında imkanlar yaratmaq məqsədi ilə dünya və bölgənin tanınmış iş adamlarını və dövlət xadimlərini bir araya gətirir.

Zirvə toplantısı çərçivəsində 45 ölkədən nümayəndələrin iştirakı ilə ümumi və xüsusi iclaslar keçiriləcək.

Zirvə toplantısında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan başda olmaqla baş nazir Binəli Yıldırım, baş nazirin müavini Mehmet Şimşək, xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Beynəlxalq Enerji Agentliyi icra direktoru Fateh Birol, Qətərin enerji və sənaye naziri, İspaniyanın keçmiş xarici işlər naziri Ana Palacio, ABŞ-ın sabiq prezidentlərindən George W. Bushun Milli Təhlükəsizlik müşaviri Stephan Hadley ilə Barak Obamanın Milli Təhlükəsizlik müşavirigeneral James Jones iştirak edəcəklər.

Bəlarus, İsrail, Kəniya, Kosova, Makədoniya, Rumıniya və Birləşmiş Ərəb Əmrliklərindən çox sayda nazir və bürokrat ilə dünyadan və bölgədən yüksək səviyyəli xadimlər də zirvədə iştirak ədəcəklər.



Әlaqәli Xәbәrlәr