Çanaqqala Zəfəri - Türkün şanlı tarixi

Türkiyədə tarixin  ən böyük qəhrəmanlıq dastanlarından biri  olan Çanaqqala Müharibəsinin 102-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir.

719823
Çanaqqala Zəfəri - Türkün şanlı tarixi
çanakkale kara savaşlarının 102. yıl.jpg

Türkiyədə tarixin  ən böyük qəhrəmanlıq dastanlarından biri  olan Çanaqqala Müharibəsinin 102-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir.
 
 Dünən Geliboluda keçirilən  tədbirlər çərçivəsində Şəhidlər Abidəsindəki mərasimdə Qurani Kərim oxundu, dualar edildi.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Naziri Nabi Avcı Çanaqqala Zəfəri ilə Qurtuluş Savaşı arasında inkaredilməz bir bağ olduğunu, böyük qələbənin qazanılmasında birlik və bərabərlik ruhunun üstün gəldiyini söylədi.
 
 İngiltərənin Ankaradakı səfiri Richard Moore da bu günün məna və əhəmiyyətini qeyd etdi.
 
 Moore Çanaqqala Müharibəsi döyüşçülərinin arasında emosional yaxınlığın yarandığını və bu yaxınlığın təsiredici gücünün çox olduğunu ifadə etdi.
 
 Mərasimlərdə Mehteran qrubu konsert verdi, sonra hərbi parad oldu.
 
 Türkiyənin məşhur hava akrobatika qrupu "Solo Türk" Çanaqqala  Boğazı səmasında  nümayiş uçuşu həyata keçirdi. 
 
Türk Silahlı Qüvvələri və Antanta dövlətləri adından 57-ci Alay Şəhidliyinə əklillər qoyuldu.
 
 Mərasim nazir Avcı və yanındakıların şəhid məzarlarına qərənfil qoyması ilə  başa çatdı.
 
 İngilis Abidəsi və Fransız Məzarlığında da mərasimlər keçirildi.
  
 Digər tərəfdən, bu gün bütün Türkiyədə Çanaqqala Zəfərinin 102-ci ildönümü tilə əlaqqədar Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan "57-ci Alay vəfa yürüşü" keçirildi.
 
 Səhər saatlarında minlərlə insan "vəfa yürüşlər"ində  iştirak etdi.
 

Xatırladaq ki, Türk ordusunun zəfəri ilə nəticələnən Çanaqqala müharibəsi 8 ay yarım davam edib.

Çanaqqala Zəfərinin qazanılmasında 57-ci Alayın göstərdiyi qəhrəmanlıqlar tarixə qızıl hərflərlə yazılıb.



Әlaqәli Xәbәrlәr