Türkiyədə qaçaq köçlə mübarizə tədbirləri

Türkiyədə qaçaq köçlə mübarizə tədbirləri çərçivəsində son bir həftə içində 353 immiqrant və 11 immiqrant qaçaqçısı tutulub.

718523
Türkiyədə qaçaq köçlə mübarizə tədbirləri

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən yazılı məlumatda deyilir:

  “Sahil Təhlükəsizlik Komandanlığının qaçaq köçlə mübarizəsi hər gün 24 saat boyu davam edir. Bu çərçivədə 14-21 aprel həftəsi İzmir və Şimali Egeydə 5 köç hadisəsi aşkarlanıb. Kuşadası, Sığacık, Çeşme, Dikili, Ayvalık, Ayvacık, Küçükkuyu bölgələrində köç marşrutları üzərində nəzarət və yoxlamalar aparılıb, Çeşme, Dikili, Ayvalık və Ayvacıkda 213 immiqrant saxlanılıb.

  Sahil Təhlükəsizlik Komandanlığının qaçaq köçün qarşısını almaq məqsədilə həyata keçiridiyi tədbirlərdə 28 Sahil Təhlükəsizlik motorlu qayığı, 8 sahil təhlükəsizlik və təhlükəsizlik qrupu, 2 dalğıc təhlükəsizlik və axtarış xilasetmə qrupu və 6 nəzarətçi qayıq iştirak edir. 35 vertolyot və 12 təyyarə də gün ərzində bir neçə dəfə nəzarət uçuşu həyata keçirir, 6 mobil radar komandası vəzifəsini yerinə yetirir.



Әlaqәli Xәbәrlәr