Ərdoğan "Al Jazeera" televiziya kanalına müsahibə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın Türkiyəyə qarşı ikiüzlü davrandığını və hələ də eyni şəkildə davranmağa davam etdiyini bildirdi.

716624
Ərdoğan "Al Jazeera" televiziya kanalına müsahibə verdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin "Al Jazeera" telekanalına müsahibə verdi.

 Bazar günü keçirilən konstitusiya dəyişikliyi referendumuna dair hesabat yayan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  (ATƏT) obyektiv olmadığını bildirən Ərdoğan ATƏT-in müşahidəçiləri arasında terror təşkilatı PKK tərəfdarlarının olduğunu fotoşəkillərlə sübut etdi.

  Ərdoğan Avropanın referendum məsələsində açıq şəkildə tərəf tutduğunu qeyd edərək:"Türkiyə artıq inandığı yolda uğurla addımlayır. Yəni Türkiyə təhsildə, səhiyyədə, ədliyyədə, polisdə, nəqliyyatda, energetikada, kənd təsərrüfatında, bütün infrastruktur sərmayələrində  çox ciddi göstəricilər əldə edib. Avropa bunu həzm edə bilmir. İndi bu yeni sistemlə daha sürətlə gedəcəyimiz bir yola girdik" dedi.

  Ərdoğan Avropanın "faşist, nasist" kimi ittihamlardan narahat olduğunu, lakin eyni davranış sərgiləməyə davam etdiyini bildirdi.

  Prezident Türkiyəyə Avropa İttifaqına üzvlük məsələsində də yalan söyləməyə davam edən Avropaya: "Demokrat olun" çağırışını etdi.

 Ölüm hökmünün geri gətirilməsi ilə bağlı sualı da cavablandıran Ərdoğan: "Əgər mənim xalqım edamla bağlı qərar versə, iş bitər. Aİ-yə almasalar, almasınlar, 54 il almadılar, nə oldu?" dedi.

   Türkiyə prezidenti Suriyadakı terror təşkilatları ilə mübarizə məsələsinə də toxundu, yeni ABŞ rəhbərliyinin PKK-nın davamı olan  PYD-yə qarşı tutacağı mövqe ilə bağlı gözləntilərini  vurğuladı.

 Ərdoğan:"Qərb dünyası:"Biz İraqın, Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq"deyir, amma praktikaya gəldiyi zaman bir bölgü havası əsir, problem də bundadır" dedi.

Dövlət başçısı İranın "fars ekspansiyası" anlayışının son zamanlar özünü bariz şəkildə büruzə verməyə başladığını da ifadə etdi, müsəlmanlar arasında bağlayıcı faktorun məzhəbçilik deyil, din olduğuna diqqət çəkdi.

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr