"ATƏT-in hesabatının heç bir qüvvəsi və sanksiyası yoxdur", M.Çavuşoğlu

TRT Haber telekanalında Çavuşoğlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasının ortaq çalışması olan beynəlxalq müşahidə missiyasının hesabatıyla bağlı münasibət bildirərək bunları söyləyib.

715840
"ATƏT-in hesabatının heç bir qüvvəsi və sanksiyası yoxdur", M.Çavuşoğlu

  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu: “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olan ATƏT-in vəzifəsinə siyasi qiymət verilməməlidir”, - deyib.

  TRT Haber telekanalında Çavuşoğlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasının ortaq çalışması olan beynəlxalq müşahidə missiyasının hesabatıyla bağlı münasibət bildirərək bunları söyləyib:

  “Konstitusiya dəyişikliyilə bağlı referendumu izləmək üzrə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu tərəfindən göndərilən heyətdə yer alan bəzi üzvlər Türkiyə əleyhinə yığıncaqlara qatılırlar. Onlar 16 aprel tarixindən əvvəl də "xeyr" kampaniyası icra edirdilər.

  Buna görə heyət yaxşı niyyətlə gəlmədi, üstəlik siyasi mövzulara girdi. Halbuki bu heyətin vəzifəsi siyasi yozmalar deyil.

  Separatçı terror təşkilatı PKK tərəfdarlarıyla fotoşəkilləri çəkdirən Almaniya Sol Partiya üzvü Andrey Hunko da heyətdə idi. Ankarada “xeyr” kampaniyası edənlərin içinə qatıldılar. Bu qəti şəkildə düzgün hərəkət deyil. Belə vəziyyətin qəbuledilməz olduğunu heyət sədrinə bildirdim.

  Hazırladıqları qaralama hesabata baxdığımız zaman çoxlu texniki səhv məlumatlar görürük. Mühakimə qərəzli olduqları hər baxımdan məlumdur.  

  Bura gəlib terroru dəstəkləyən addımlar ata bilməzlər, siyasi həddi aşan fikirlər söyləyə bilməzlər, yalnız seçkiylə əlaqədar texniki müşahidələrini edə bilərlər.

  ATƏT-in hesabatının heç bir qüvvəsi və sanksiyası yoxdur.

  Türkiyə iqtisadi və siyasi mənada gücləndikcə, daha müstəqil hərəkət etdikcə və digər ölkələrlə əlaqələri genişləndirdikcə Avropa narahat olur.

  Avropa İttifaqı öz siyasətini nəzərdən keçirməlidir. İttifaqın iqtisadiyyat, təhlükəsizlik və inteqrasiya siyasəti uğursuzdur.

  Türkiyə Avropa İttifaqının bərabərhüquqlu və şərəfli üzvü olmaq istədi. İttifaq Türkiyəni şantaj etməklə bir yerə çata bilməz.

  Türkiyənin sərbəst viza ilə bağlı son təklifini Avropa İttifaqına verəcəyik. Artıq qərarlarını versinlər: “Bəli”, ya “xeyr”. “Xeyr” deyərlərsə, digər müqavilələr, o cümlədən Qaçqınları Geri Qəbuletmə Razılaşması da ləğv olunacaq."



Әlaqәli Xәbәrlәr