"Türkiyədə demokratiya qələbə qazandı", N. Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş aprelin 16-da keçirilәn referendum nәticәsindә bütün millәtin qәlәbә qazandığını deyib.

714875
"Türkiyədə demokratiya qələbə qazandı", N. Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş aprelin 16-da keçirilәn referendum nәticәsindә bütün millәtin qәlәbә qazandığını deyib.

Numan Kurtulmuş Prezident İqamәtgahında  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn Nazirlәr Kabinetinin iclası davam edәrkәn jurnalistlәrә açıqlamalar verib vә sualları cavablandırıb.  

Numan Kurtulmuş referendum nәticәsindә Türkiyәdә demokratiyanın qәlәbә qazandığını deyib.

Nazirlәr Kabinetinin iclasında fövqәladә vәziyyәt rejiminin  2017-ci il aprelin 19-da saat 01.00-dәn etibarәn daha 3 ay uzadılması ilә bağlı qәrarın qәbul edildiyini bildirәn Numan Kurtulmuş mәsәlәnin Türkiyә Böyük Millәt Mәclisinә  bildirilәcәyini qeyd edib.

Numan Kurtulmuş Ali Seçki Şurasının rәsmi şәkildә  referendum nәticәlәrini elan edәcәyini bildirib. O, nəticәnin ‘‘Resmi Gazete’’ dә dәrc olunduğu andan  etibarәn 18 maddәnin  qüvvәyә minәcәyini qeyd edib.



Әlaqәli Xәbәrlәr