Tuncelidə polis helikopteri qəzaya uğradı

Tunceli valiliyinin verdiyi məlumata görə, helikopter pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

715446
Tuncelidə polis helikopteri qəzaya uğradı

TürkiyəninTunceli bölgəsində polis helikopteri ilə əlaqə kəsildi.
 
Tunceli valiliyinin verdiyi məlumata görə, Türkiyə vaxtı ilə saat 11.40 radələrində Pülümür rayonundan havaya qalxan "Sikorsky" tipli polis helikopterindən təxminən 10 dəqiqə sonra siqnal qəbulu kəsilib.
 
 Məlumatda helikopterin pis hava şəraiti səbəbindən qəzaya uğradığı ifadə edilir, göyərtədə 7 polis məmuru, 1 hakim, 1 gizir və 3 ekipaj üzvünün olduğu bildirilir.

Bölgəyə xilasetmə qrupları cəlb olunmuşdur. 



Әlaqәli Xәbәrlәr