R.T.Әrdoğan ATӘT-in referendumla bağlı hesabatına reaksiya göstәrib

Dövlət başçısı Prezident İqamətgahında xalqa müraciət edib.

714837
R.T.Әrdoğan ATӘT-in referendumla bağlı hesabatına  reaksiya göstәrib

Türkiyənin  dövlət başçısı  Rəcəb Tayyib Ərdoğan  Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) referendumla bağlı  hesabatına sərt reaksiya göstərib.

Dövlət başçısı Prezident İqamətgahında xalqa müraciət edib.

Rəcəb Tayyib Ərdoğan çıxışın zamanın  ATƏT-in hesabatı ilə bağlı bildirib ki: ‘‘Həddinizi bilin. Sizin hazırlayacağınız  o siyasi məzmunlu  hesabatları biz nə görərik, nə eşidərik nə də qəbul edərik. Biz yolumuza davam edirik. Bu ölkədə qərbin heç bir ölkəsində görünməyən  ən demokratik  seçki keçirildi’’.

Dovlət başçısı  25 milyon 200 minə yaxın seçicinin Konstitusiyanın bəzi maddələrində dəyişiklikləri nəzərdə tutan referendumda ‘‘hə’’ dediyini xatırladıb. 



Әlaqәli Xәbәrlәr