"Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olma strategiyasını davam etdirəcək",M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olma strategiyasını davam etdirəcəyini bildirib.

714515
"Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olma strategiyasını davam etdirəcək",M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olma strategiyasını davam etdirəcəyini bildirib.

Türkiyədə konstitusiyaya dəyişiklik üçün ötən gün keçirilən ümumxalq səsverməsindən əvvəl Fransada dərc olunan “Ligaro” qəzetinə məqalə yazan Çavuşoğlu qeyd edib ki, Türkiyə Qərb ölkələrinin ictimaiyyətində ümumilikdə Avropa İttifaqı ilə əlaqələri, miqrant məsələsi və referendum çərçivəsində gündəmə gəldiyini müşahidə etdim. Türkiyə ilə Aİ arasındakı müzakirələr 2005-ci ildə start aldı və  sadəcə 16 fəsil müzakirəyə açıldı.

“Bəzi Aİ ölkələri tərəfindən suni maneələr törədilə bilər. Ölkəmizə tez-tez tənqid yönəldilən ədalət və hüququn üstünlüyü sahələrindəki fəsillərin açılması qəbul edilmədi. Bu fəsilləriaçıb müzakirə etmək istəyən biz, istəməyən Aİ-dır. Bu da maraqlı bir mövqeydir.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı  hədəf götürən yazılar yazıldığını bildirən Çavuşoğlu vurğulayıb ki, ölkəmizi hədəf alan terror təşkilatları, heç bir demokratiyada yeri olmayan bir cəzasızlıq mühitində, Avropada küçələrində açıq şəkildə hörmətli Dövlət başçımızın həyatına qəsd edilməsi çağırışı edən, şiddət və terroru tərifləyən şüarlar səsləndirilməsinə cürət edə bilirlər.

Rejim dəyişikliyinin hədəfləndiyini irəli sürənlərə etiraz edən Çavuşoğlu sadəcə hökumət sisteminin dəyişdirildiyini bildirərək, Türkiyənin dünyəvi, demokratik, sosial hüquq dövləti olaraq qalmaqda davam edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr