Türkiyədə referendum startdadır

Türkiyə 18 maddəlik yeni konstitusiya dəyişikliyinə səs vermək üçün 16 apreldə referenduma gedəcək.

713249
Türkiyədə referendum startdadır

  Prezident sistemini gətirəcək referendumda ölkə içində 55 milyon 319 min 222 seçici 167 min 140 seçki məntəqəsinə gedəcək, həbsxanalarda da 461 seçki qutusu qoyulacaq.

  Seçicilər YSK-nın www.ysk.gov.tr internet səhifəsindən hansı məntəqədə səs verə biləcəklərini öyrənmək imkanları var.

  Türkiyə Respublikası Ali Seçki Komissiyasının müəyyən etdiyinə görə, sarı rəngli zərflərdə ağ rəng üstündə “Evet” (bəli), qəhvəyi rəng üstündə isə "Hayır" (xeyr) sözləri yazılan iki ayrı kağızları olacaq.

  Seçicilər Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Erzincan, Ərzurum, Gaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır və Kilisdə 07.00-16.00, digər bölgələrdə isə 08.00-17.00 saatları arası seçki məntəqələrinə gedə biləcək.

  AK Partiya, CHP, HDP və MHP ilə yanaşı Ana Vətən, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Azad Dava Partiyası, Səadət Partiyası və Vətən Partiyası referendumla bağlı əməliyyatların gedatını izləyəcək.



Әlaqәli Xәbәrlәr