Süleyman Soylu:"Bütün təhlükəsizlik tədbirləri görülüb, referenduma tamamilə hazırıq"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Yeni Şəfəq" qəzetinin sosial media hesablarından canlı yayımlanan proqramında təqibçilərin verdikləri sualları cavablandırdı.

711596
Süleyman Soylu:"Bütün təhlükəsizlik tədbirləri görülüb, referenduma tamamilə hazırıq"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 16 aprel konstitusiya dəyişikliyi referendumunda Türkiyənin hər yerində, hər şəkildə səsvermənnin təmin olunacağını bildirdi.

Süleyman Soylu "Yeni Şəfəq" qəzetinin sosial media hesablarından canlı yayımlanan proqramının qonağı oldu.

Xalq səsverməsindən əvvəl gürülən tədbirlərdən danışan Soylu canlı yayımda təqibçilərin verdikləri sualları cavablandırdı.

16 apreldə xalqdan "hə" cavabı alındığı təqdirdə bütün çevrilişlərin qarşısının alınacağını qeyd edən Soylu seçilmə yaşının 18-ə düşürülməsinin Türkiyəni gələcəkdə digər ölkələrlə müqayəsədə üstün mövqe ilə təmin edəcəyini söylədi.

Soylu terrorla mübarizə məsələsinə də toxunaraq son ayda 158 terror aktının qarşısının alındığını, PKK və Fətullahçı Terror Təşkilatının (FETÖ) sosial medianı terror vasitəsinə çevirdiyini vurğuladı.

Nazir referendumda səsvermə məntəqələrindəki təhlükəsizliyin təmini ilə əlaqədar: "Bütün tədbirlər görülüb. Referennduma tamamilə hazırıq" dedi.

 



Әlaqәli Xәbәrlәr