“16 Apreldən sonra Avropa ittifaqına son təklifimizi bildirəcəyik”

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, viza rejiminin ləğv edilməsi və geri qəbul razılaşmasıyla əlaqədar son təklifi, Türkiyədə konstitusiyaya dəyişikliyin referanduma çıxarılacağı 16 Apreldən sonra, Avropa İttifaqına təqdim edəcəklərini bildirib.

711884
“16 Apreldən sonra Avropa ittifaqına son təklifimizi bildirəcəyik”

Türkiyə-Aİ əlaqələrinə münasibət bildirən xarici işlər naziri Mevlüt Çavuşoğlu: “ Avropa ittifaqına son təklifimizi bildirdikdən sonra hökumətin qǝbul edǝcǝyi qərarları xalqımızla paylaşacayıq. Aİ ilə viza rejiminə dair problemi həll etmək istəyirik. viza rejimi mütləq ləğv edilməlidir” deyib.

Kıbrıs probleminin həllini də qarşıda məqsəd goyduqlarını ifadə edən Xarici işlər naziri Çavuşoğlu, bu sahədə lazımlı səyi etdiklərini, ancaq Rum icmasıının səmimi addımlar atmaqda imtina etdiyini, xüsusilə Adanın ətrafındakı təbii qaz və neft ehtiyatları mövzusunda tək tərəfli   atdığı  addımların doğru olmadığını, daha Türkiyənin bu sahədə lazımlı tədbirləri görəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr