Türkiyənin baş naziri və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub

Türkiyənin baş naziri Binəli Yıldırım və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında telefon danışığı olub.

708650
Türkiyənin baş naziri və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub

Türkiyənin baş naziri Binəli Yıldırım və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında telefon danışığı olub.

Binəli Yıldırım telefon danışığı zamanı  həmsöhbətinə deyib ki, Suriya  rejiminin İdlibdə kimyəvi silahdan istifadə etməsinə ABŞ-ın verdiyi cavab bəşər vicdanına və dünya ictimaiyyətinin hisslərinə uyğun olub. O bildirib ki, Türkiyə ABŞ-ın Suriya  məsələsində daha aktiv olmasını gözləyir və bu məqsədlə hər cür dəstək verməyə hazırdır.   

Türkiyənin baş naziri  Suriyada təhlüksizlik zonası yaradılması məsələsini bir daha qaldırıb. O qeyd edib ki, əks halda, Türkiyəyə yeni köç dalğası gələ bilər.

ABŞ vitse-prezidenti Make Pence isə  ABŞ-a verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Make Pens  Türkiyə ilə dialoq və əməkdaşlığa  əhəmiyyət verdiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr